Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdədə becərilən yerkökü Bakı və Rusiya bazarlarında da satışa çıxarılır

10.07.2018 [12:34]

Xəbərin mətni
Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Hələ keçmiş Sovet dövründə Bərdə rayonu pambıqçılıq, taxılçılıqla yanaşı yerkökünün də istehsal edildiyi rayon kimi tanınıb. Rayonun Soğanverdilər kəndi isə respublikamızda yerkökü istehsalı ilə məşhurdur. Kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI