RƏSMİ


Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olundu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır