RƏSMİ


Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqının mənzil-qərargahına gəldi.