CƏMİYYƏT


Dənizkənarı Milli Parkda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlər quraşdırılıb

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, hazırda dünyada bəzi ölkələr və xalqlar müxtəlif əziyyətlərə məhkum olublar, iqtisadi cəhətdən bir çox dövlətlər geridə qalıblar, müxtəlif ölkələrdə insanlar aclıqdan, yoxsulluqdan əziyyət çəkirlər. Bir sıra yerlərdə xəstəliklər geniş yayılıb və bu da insanlar üçün məhdudiyyətlərə səbəb olur.