DÜNYA


ABŞ-da 20-dək uşaq yük maşını sürücüsünün yatması səbəbindən xəsarət alıb

Kolorado ştatında (ABŞ) məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 20-dək uşaq xəsarət alıb. Bu barədə “Denver Post” qəzeti məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ştatın patrul xidmətinin məlumatına görə, sürücüsü yatan yük maşını Hadson şəhərində avtobusa çırpılıb. İçində 35 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb.