CƏMİYYƏT


Beyləqanda 22 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur

Beyləqanda uzunluğu 39,4 kilometr olan Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq, 6 min kubmetr həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kubmetr həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınaraq kipləşdirilib.