Qubada sahibkarlara 3,3 milyon manat güzəştli kredit verilib
13.07.2018 [17:10]
Xəbərin mətni
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, quşçuluq, bağçılıq, logistik mərkəzin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.