Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəli Yıldırım Türkiyənin Dövlət Şərəf Medalı ilə təltif olunub

13.07.2018 [18:44]

Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub. Bu münasibətlə Ankarada təşkil olunan mərasimdə mükafatı TBMM-in sədrinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.