Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 128-ə çatıb

14.07.2018 [11:45]

Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olanların sayı 128 nəfərə çatıb. Ölənlər arasında “Bəlucistan Avami” partiyasının lideri Navabzada Siray Raysani də var. Qanlı hadisə zamanı 120 insan yaralanıb. Onların çoxunun vəziyyəti ağırdır.