Məhəmməd Hadi küçəsinin bir hissəsində təmir işləri yekunlaşdırılıb
17.07.2018 [13:07]
Xəbərin mətni
Xətai rayonu, Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, artıq küçənin 2.8 km-lik hissəsində işlər tam olaraq yekunlaşdırılıb. Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır.