Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da iki kiçik mühərrikli təyyarə toqquşub, ölənlər var

18.07.2018 [10:41]

Xəbərin mətni
ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarə toqquşub. Məlumata görə, hadisə Florida ştatında, Mayami yaxınlığındakı şəhərcikdə baş verib. Beynəlxalq təlim aerodromundan səmaya qalxan iki təyyarə havada toqquşub və hadisə nəticəsində 3 nəfər ölüb.