RƏSMİ


Prezident İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır