“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
19.07.2018 [22:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirildi.