Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri ilə görüşü olub
20.07.2018 [15:05]
Xəbərin mətni
İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.