RƏSMİ


Prezident İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti ilə görüşüb

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi, bu avtobusların şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğuladı. Dövlətimizin başçısı “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını dedi.