RƏSMİ


Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır