SİYASƏT


Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunlarının buraxılışlarının 30 illiyi münasibətilə görüş keçirilib. Məzunlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ərazisindəki hərbi tədris və yaşayış obyektlərinə, atəş və taktiki şəhərciklərə baxış keçiriblər. Sonra iştirakçılar “Üçtəpə” təlim mərkəzinə səfər edib, burada yaradılmış xidməti şərait və maddi-texniki baza ilə tanış olublar. Tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.