İDMAN


Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürüb

İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Beynəlxalq qrossmeyster yaşasaydı, bu gün 32 yaşı tamam olacaqdı. AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyulun 24-də tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar və böyüklər arasında ənənəvi beynəlxalq şahmat turnirinə start verilib.