DÜNYA


İndoneziyada iki üzü olan uşaq doğulub

İndoneziyada iki üzü və iki beyni bir başda yerləşən uşaq doğulub. AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Qilan Endika adlı oğlan uşağı Batam şəhərində dünyaya göz açıb. Bu yaxınlarda onun iki ayı tamam olub. Q.Endikanın iki əli, iki ayağı, bir bədəni var, lakin əkiz qardaşı ana bətnində normal inkişaf edə bilmədiyinə görə, onun başı deformasiyaya uğrayıb. Başının qeyri-adi formasına görə, uşağı təbii yolla yedizdirmək mümkün deyil.