“Yalama Aqropark”da 561 hektar sahədə dənlik və silosluq qarğıdalı əkilib
26.07.2018 [17:09]
Xəbərin mətni
Bu il “Yalama Aqropark”da 147 hektar dənlik, 414 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq.