Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
27.07.2018 [14:05]
Xəbərin mətni
İyulun 27-də Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.