Hindistanda avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb
28.07.2018 [17:06]
Xəbərin mətni
Hindistanın Maharaştra ştatında dağlıq ərazidəki yolda hərəkət edən avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə iyulun 28-də günortadan sonra Rayqad bölgəsində baş verib. Bildirilir ki, avtobus təxminən 90 metr hündürlükdən dərəyə aşıb.