İki fəhlə 9-cu mərtəbədən dəqiqələrlə asılı qaldı - Türkiyədə
28.07.2018 [19:05]
Türkiyədə 11 mərtəbəli bir yaşayış binasının 9-cu mərtəbəsində təmir işləri aparan 2 fəhlə üzərində dayandıqları asma kranın trosu qırıldığı üçün dəqiqələrlə havadan asılı qalıblar. Onların ölüm-dirim mücadiləsini isə qarşı binanın sakinləri anban telefonun yaddaşına köçürüblər.