İndoneziyada güclü zəlzələ nəticəsində 10 nəfər həlak olub
29.07.2018 [13:16]
Xəbərin mətni
İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində 10 nəfər həlak olub.
AZƏRTAC “Channel NewsAsia” telekanalına istinadla xəbər verir ki, iyulun 29-da yerli vaxtla saat 6:47-də İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. Turistlər arasında populyarlığı ilə seçilən Bali adasının və Rincani vulkanının yaxınlığında baş verən zəlzələnin ocağı 7,5 kilometr dərinlikdə yerləşib.