Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub

02.08.2018 [10:07]

Xəbərin mətni
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 73 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI