SİYASƏT


“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər. Hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır