Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yəmənə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 52-yə çatıb

03.08.2018 [15:24]

Yəmənin Hodeyd şəhərində xəstəxanaya endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 52-yə çatıb. Hava zərbələri başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiyası tərəfindən endirilib. Daha 100 nəfərin yaralandığı qeyd olunur.