DÜNYA


Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Əfqanıstanın Paktiya əyalətindəki məscidlərin birində törədilən terror aktı nəticəsində ölənlərin sayının 40 nəfərə çatdığı bildirilir. Daha 80 nəfər isə yaralanıb. Onların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayının daha da artacağı istisna olunmur. Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Taliban hərəkatı partlayışla heç bir əlaqəsinin olmadığını bəyan edib. Güman edilir ki, hadisə İŞİD terrorçuları tərəfindən həyata keçirilib. Xatırladaq ki, dünən bir kamikadze özünü ibadət evinin önündə partladıb.