DÜNYA


Venesuela prezidentinə sui-qəsd cəhdinin videosu yayıldı

Venesuela prezidenti Nikolas Maduronun ölkə paytaxtı Karakasda Bolivar Milli Qvardiyasının yaradılmasnın növbəti ildönümündə çıxışı zamanı partlayış baş verib. Dövlət başçısının nitqi canlı efirdə yayımlanıb. YouTube-də yayılan televiziya kadrlarında Maduronun niqtini yarımçıq saxlayıb havaya baxdığı görünür. Prezident təxliyə olunub. Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes mətbuata açıqlamasında ölkə prezidentinə sui-qəsd olduğunu təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır