CƏMİYYƏT


Gəncə-Kəlbəcər-Laçın yolunun bir hissəsi yenidən qurulur

Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 metrlik Gəncə-Göygöl hissəsinin yenidən qurulması iki mərhələ üzrə həyata keçirilir. Birinci mərhələ üzrə sözügedən yolun 16,5 kilometrlik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. İkinci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq. Birinci mərhələ üzrə yolun 16,5 kilometrlik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.