SİYASƏT


“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib

“Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər. Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb. Yarışların ümumi nəticəsinə görə hal-hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır