Alman aparıcı hava haqqında məlumatı ərəb geyimində təqdim edib
07.08.2018 [18:22]
Almaniyanın məşhur RTL televiziya kanalında hava məlumatının aparıcısı fərqli təqdimat edib. Belə ki, alman aparıcı efirə Ərəbistan yarımadasına xas olan geyimdə - uzun ətəkdə çıxıb. O, bununla Almaniyanın hər yerində güclü istilərin olduğunu və bunun bir neçə gün davam edəcəyini işarə edib.