SİYASƏT


“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər. Bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib.