RƏSMİ


Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçdi. Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.