Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev KXDR-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08.08.2018 [20:31]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Kim Hen Cun fəxri qarovul dəstəsinin qarşısından keçdi. Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI