RƏSMİ


Prezident İlham Əliyev Şri-Lankanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Məhəmməd Şərif Anis fəxri qarovul dəstəsinin qarşısından keçdi. Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.