İndoneziyada yenidən zəlzələ olub
09.08.2018 [11:38]
Avqustun 9-da İndoneziyanın Lombok adasında bu dəfə 6,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri 319 min əhalisi olan Mataram şəhərinin 18 km şimal-şərqində, zəlzələ ocağı isə 12 km dərinlikdə olub.