Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda xalça istehsalı müəssisəsi, regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi tikilir

10.08.2018 [12:50]

Xəbərin mətni
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin aprel ayından tikintisinə başlanılan müəssisədə hazırda suvaq və dam örtüyünün inşası işləri aparılır. İnşa edilən istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetr olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI