SİYASƏT


Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib

Avqustun 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və “Dəniz kuboku–2018”dən bəhs edən videoçarx nümayiş etdirilib.