DÜNYA


Təyyarə qaçırıldı – ABŞ-da

ABŞ-ın Sietl şəhərində yerləşən hava limanından qaçırılan “Alaska Airlines” aviakompaniyasının “Bombardier Q400” təyyarəsi Ketron adası rayonunda yerə çırpılıb. Aeroportun “Twitter” səhifəsində yer alan məlumata əsasən, göyərtəsində sərnişinlərin olmadığı təyyarəni qaçıran yerüstü xidmət əməkdaşı 29 yaşlı mexanik Ed Troyerin bunu intihar məqsədi ilə etdiyi güman edilir.