RƏSMİ


Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış oldu.