DÜNYA


İmran Xan Pakistanın yeni Baş naziri seçilib

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları cümə günü keçirilən səsvermənin nəticəsinə əsasən mərkəzçi “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının lideri İmran Xanı ölkənin yeni Baş naziri seçiblər. AZƏRTAC xəbər verir ki, GEO TV telekanalının yaydığı məlumata görə, 65 yaşlı İmran Xanın namizədliyini 176 deputat dəstəkləyib. Onun keçmiş hakim partiyadan olan əsas rəqibi – “Pakistan müsəlman liqası” partiyasının rəhbəri Şəbhaz Şərif 96 səs toplaya bilib.