DÜNYA


Gürcüstanlı gənc Rubik kubunun yığılması üzrə dünya rekordunu yeniləyib

Gürcüstan sakini Vako Marçilaşvili su altında Rubik kubunun yığılması üzrə yeni dünya rekordu müəyyənləşdirib. 18 yaşlı Marçilaşvili bir dəfəyə 6 Rubik kubunu 1 dəqiqə 44 saniyəyə yığıb. Bundan əvvəlki rekord 2014-cü ildə qeydə alınmışdı. Amerikalı Entoni Bruk 1 dəqiqə 18 saniyəyə 5 Rubik kubunu yığa bilmişdi.