Hindistanda daşqınlar 350-dən çox insanın ölümünə səbəb olub
20.08.2018 [14:11]
Son 100 ilin ən güclü daşqınları Hindistanın Kerala ştatında baş verib. Güclü yağışlar nəticəsində başlayan daşqınlar 357 nəfərin ölümünə səbəb olub. Yalnız son 11 gün ərzində 220 nəfər həlak olub.