CƏMİYYƏT


Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın özünün milli-mənəvi irsinə, onu bütövləşdirən və zənginləşdirən komponentlərə, eyni zamanda, birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bildiyini, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacardığını bildirib. Milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edən Mübariz Qurbanlı Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır