Allahşükür Paşazadə: Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur
22.08.2018 [11:54]
Xəbərin mətni
Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, ötən illərə nisbətən builki zəvvarlar daha sağlamdırlar, xəstələr çox azdır, hətta demək olar ki, yoxdur.