RƏSMİ


Prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.