RƏSMİ


Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonundakı abidəsini ziyarət edib

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.