Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak edib

26.08.2018 [14:45]

Xəbərin mətni
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verdi.