RƏSMİ


Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyinin açılışı olub

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.